Elza Seyidcahan həmkarını tənqid etdi

4 Dekabr 2012 15:51 (UTC+04:00)
Bəstəkar Elza Seyidcahan tədbirə gələr-gəlməz "Sevgililərin rekviyemi" adlı mahnısına çəkdirdiyi klipin təqdimat mərasiminə gecikməsinin daha bir səbəbini də açıqladı.

Bəstəkar xanım bu məsələdə müğənni Ramal İsrafilovu kəskin tənqid etdi: "Mən ona 5 mahnı vermişəm. Pulsuz, parasız. Bu günkü mərasimə görə, Ramala arxayın idim. Dedim ki, Ramal oradadır, mən gələnə kimi media nümayəndələrini yola verəcək.

O, mənim dəvətimi qəbul etsə də, sayıb tədbirimə gəlmədi. Mən bunu ona bağışlamayacam"..

Fuad Mədətov
AzNews.az