Xalq artistinin oğlu öldü – Yenilənib

22 Oktyabr 2016 19:25 (UTC+04:00)

AzNews.az xəbər verir ki, sənətkarın oğlu Rəşad Zöhrabov dünyasını dəyişib. Maşın qəzası keçirən Zöhrabov xəstəxanaya çatdırılsa da, həyatını xilas etmək mümkün olmayıb.

Mərhumun ailəsindən AzNews.az-a verilən məlumata görə, Ramiz Zöhrabov oğlunun ölümündən xəbərsizdir. "Ramiz müəllim xəstədir, ona bu sözü demək olmaz"-deyə bəstəkarın ikinci həyat yoldaşı bildirib.

Qeyd edək ki, Rəşad Zöhrabov AzTV-nin xəbərlər departamentinin rejissoru olub.

09:44
***


Xalq artisti Ramiz Zöhrabovun ailəsindən AzNews.az-a bildirdilər ki, bəstəkar bu gün oğlu Rəşad Zöhrabovun dəfn mərasimində iştirak edib.

Ailədən onu da əlavə etdilər ki, oktyabrın 23-də mərhumun Təzəpir məscidində 3 mərasimi keçiriləcək


Bahar RÜSTƏMLİ
AzNews.az