KTMT-nin hərbi komitəsi yaradılacaq

4 Dekabr 2012 19:15 (UTC+04:00)
"Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatına daxil olan ölkələrin hərbi əməkdaşlığı bir yerdə dayanmır. Bu əməkdaşlıq inkişaf edir və gələcəkdə də inkişaf edəcək". Bunu Rusiyanın Baş Qərargah rəisi, general-polkovnik Valeri Gerasimov hərbi attaşelərlə Moskvada keçirilən görüşü zamanı bildirib.

Gerasimovun sözlərinə görə, təşkilatın öz qoşunlarının strukturu formalaşdırılacaq. İlin sonuna qədər isə təşkilatın hərbi komitəsinin yaradılacağını deyən V.Gerasimov hava hücumundan müdafiə sistemlərinin təşkilatın bazası əsasında qurulacağını vurğulayıb.

Qeyd edək ki, təşkilat Kollektiv Təhlükəsizlik Müqaviləsi əsasında yaradılıb. Hazırda təşkilatın üzvləri Rusiya, Ermənistan, Belorus, Qazaxıstan, Qırğızıstan və Tacikistandır.

Elnarə
AzNews.az