İcra hakimiyyəti QİÇS əleyhinə konsert təşkil edəcək
4 Dekabr 2012 16:17 (UTC+04:00)
Xətai Rayon Mədəniyyət Mərkəzi QİÇS əleyhinə təbliğat konserti keçirəcək. Tədbir Xətai rayon İcra hakimiyyətinin təşkilatçılığı ilə baş tutacaq.
Dekabrın 5-də keçiriləcək konsertdə Mədəniyyət Mərkəzinin "Avantaj" estrada qrupu, gənc müğənnilər Səfa Məmmədov, Nihat Məlikli və başqa ifaçılar çıxış edəcək.
Bahar Rüstəmli
AzNews.az