Reyd zamanı mübahisə - 5 sürücü cərimələndi + Video

22 Oktyabr 2016 21:41 (UTC+04:00)

AzNews.az Arbtv-yə istinadən xəbər verir ki, 20 taksi, 40 sərnişindaşıma, 30-a yaxın isə yükdaşıma nəqliyyatı ilə məşğul olan sürücülərə xəbərdarlıq edilib. 5 sürücü haqqında isə protokol tərtib edilib.

Reyd zamanı bəzi mübahisələr də yaşanıb.

Nəqliyyat vasitələrinin səliqəli saxlanılması, təmizliyə riayət də yoxlanılıb. Məqsəd isə sərnişinlərin rahatlığının təmin edilməsidir.

Bu cür reydlərin davamlı olaraq keçirilməsi planlaşdırılır.