İsmayıllıda sürüşmə - Evlər təhlükədə + Fotolar

22 Oktyabr 2016 23:45 (UTC+04:00)

Rayon icra hakimiyyətindən bildiriblər ki, kəndin şimal hissəsindən mərkəzinə doğru dərinliyi 1,5 metr, eni isə 3 metr olmaqla, 150 metr uzunluğunda yarğan əmələ gəlib.

Sürüşmə nəticəsində kənd sakini, 1972-ci il təvəllüdlü Əliyev Ağalı Nadir oğluna məxsus təsərrüfat tikilisi dağılaraq yararsız vəziyyətə düşüb. Habelə, yaxınlıqda olan bir neçə yaşayış evi də təhlükə qarşısındadır.

Azərtac