Müğənni ilə meyxanaçının etirafı: “AYRILIRIQ”

4 Dekabr 2012 21:14 (UTC+04:00)
Müğənni İlahə İbadova meyxana ifaçısı Mehman Əhmədli ilə iş birliyi qurub. Bu barədə AzNews.az-a müğənninin piar meneceri Ceyhun Məhərrəmov məlumat verib. Menecer bildirib ki, müğənninin ifa etdiyi "Ayrılırıq" mahnısının musiqisi Cavidə, sözləri isə meyxana ustası Mehman Əhmədliyə məxsusdur.

Menecer onu da əlavə edib ki, müğənni yeni albom işlərinə başlayıb və təxminən bu ilin sonuna kimi albom hazır olacaq: "Alboma "Ayrılırıq" mahnısı da daxil edilib. Mahnı müğənninin ifasında radio dinləyicilərinin öhdəsinə buraxılıb. Bu mahnının çox uğurlu olacağına inanıram".

İ.İbadova albomda yalnız onun sırf sevilən mahnılarının yer alacağını söyləyib: ""Ayrılırıq" mahnısı nəzərdə tutduğum qədər sevilsə də, bu mahnıya klip çəkdirməyi düşünürəm. Klip işlərini artıq bu yaxınlarda başlamaq istəyirəm".

Fuad Mədətov
AzNews.az