Dostu ilə mübahisə etdi - Özünü ülgüclə doğradı

24 Oktyabr 2016 17:00 (UTC+04:00)

Hadisə rayonun Masazır qəsəbəsində qeydə alınıb.

Əliağa Vahid küçəsi 22 ünvanının qarşısında 1992-ci il təvəllüdlü İsayev Ruslan Daşqın oğlu dostu ilə mübahisə edib. Mübahisə əlbəyaxa davaya çevrilib. Bu vaxt R.İsayev ülgüclə sol qol nahiyəsini kəsib.

Abşeron Rayon Polis İdarəsinin (RPİ) əməkdaşları hadisənin baş verməsinin səbəblərini araşdırır.

Report.az