Telman İsmayılov Türkiyəni yenə heyrətləndirdi

5 Dekabr 2012 09:23 (UTC+04:00)
Türkiyənin "Hürriyət" qəzeti məşhurların təkcə konsert, tədbir, açılışlardan yox, hətta partilərdən də pul qazandığını yazıb. Məqalədə dünyanın məşhur iş adamları arasında azərbaycanlı Telman İsmayılovun adı xüsusi vurğulanır.

Məlumata görə, sarışın gözəl Paris Hilton bundan 5 il əvvəl sevgilisi Paris Latsisle birliktə bir partiyə qatılmaq üçün 100 min dollar alıb. İllər keçdikcə Hiltonun tələbi də 3 dəfə artıb. Beləliklə, Hilton Antaliyada Telman İsmayılovun "Mardan Palace" otelinin açılışında iştirak edib.

"Mardan Palace"ın açılışına gələn məşhurlardan biri də italyalı ulduz Monika Beluççi olub. Otelin sahibi Telman İsmayılov açılışa Şeron Stoun, Monika Beluççi, Seal, Riçard Gir, Tom Jon ve Meray Keriyə ödənilən məbləği açıqlamasa da, bu rəqəm kifayət qədər yüksək olub. Təkcə Meray Keriyə 1,5 milyon dollar ödədiyi iddia edilib. İsmayılovun 50 yaşı münasibətilə Moskvada keçirilən partidə iştirak edən Cenifer Lopez 50 dəqiqəlik konsert proqramı ilə çıxış edib. Və bunun müqabilində 2,1 milyon dollar qazanıb.

İki dəfə "Oscar" mükafatı alan Hillari Svank Çeçenistan lideri Ramzan Kadırovun ad günündə iştirakla diqqətləri cəlb edib. Ulduz bu mərasimdən 1,5 milyon dollar alsa da, sonradan ictimai qınaq onu bu pulları xeyriyyə təşkilatına bağışlamağa vadar edib.
Rihanna isə İstanbulda verdiyi konsertə görə, 650 min dollar alıb.

Türkiyəli ulduzlar da çəkilişlərlə yanaşı, partilərdən də pul qazanır. Ancaq onların aldığı məbləğ əcnəbi həmkarlarından çox azdır. Məsələn, modaçı İvana Sərt qatıldığı partidən 15 min lirə istəyir. Modaçı Eda Taşpınar partiyə tək qatılırsa 16 min, sevgilisi Bora Kozanoğlu ilə qatılırsa 21 min lirə alır. Dəniz Akkayaya isə parti üçün 15 min lirə ödənilir.

Elnarə Əlosmanqızı
AzNews.az