50-dək yaşayış məntəqəsi işıqsız qaldı - Lerikdə

26 Oktyabr 2016 10:59 (UTC+04:00)

Lerik Rayon İcra Hakimiyyəti başçısının müavini, rayon fövqəladə hallar komissiyasının sədri Habil Məlikovun APA-ya verdiyi məlumata görə, qarın qalınlığı rayon mərkəzində 20-25, ucqar yaşayış məntəqələrində isə 40-50 sm təşkil edir.

Qarın ağırlığından bəzi yerlərdə elektrik xətləri qırılıb, nəticədə rayonun 50-dək yaşayış məntəqəsi işıqsız qalıb. Kəndlərarası yollarda nəqliyyatın hərəkəti qismən məhdudlaşsa da, Lənkəran-Lerik şosesi açıqdır.

Rayonun müvafiq qurumları fəsadların aradan qaldırılmasına cəlb olunub.

AzNews.az