Bu qız saçını darasa öləcək

5 Dekabr 2012 10:02 (UTC+04:00)
İngiltərədə yaşayan 13 yaşlı Meqan Suartın olduqca qəribə bir xəstəliyi var. Belə ki, qızın saçını daraması önəmli orqanlarının fəaliyyətini dayandırmasına gətirib çıxarır.

Meqanın bu vəziyyəti 2008-ci ildə səhər məktəbə getməyə hazırlaşarkən aşkar edilib. Qızının saçını darayarkən birdən yerə yıxıldığını və dodaqlarının göyərdiyini deyən anası, qızının halının pisləşdiyini düşünüb.

Həkimlər bunun çox nadir rast gəlinən xəstəlik olduğunu və saçda əmələ gələn elektrikin önəmli orqanların fəaliyyətini dayandırdığını bildiriblər. İndi qızın saçlarını daramaq üçün onu yerə uzadıb saçlarını isladırlar. Bu onun saçının elektriklənməsinin qarşısını alır.

Tərlan
AzNews.az