Qazın qiyməti qalxacaq? - Rəsmi açıqlama

27 Oktyabr 2016 16:15 (UTC+04:00)

Xüsusən, müxalifət mətbuatı insanları təşvişə salaraq qiymət artımının 30-50 faiz olacağını bəyan edib.

AzVision.az bu iddialarla bağlı Tarif (qiymət) Şurasının rəsmi mövqeyin öyrənib.

İqtisadiyyat Nazirliyinin mətbuat xidmətinin rəhbəri Abbas Əliyev saytımıza açıqlamasında bildirib ki, hazırda Tarif (qiymət) Şurasında təbii qazın qiymətinin artırılması ilə bağlı məsələ müzakirə edilmir.

A.Əliyevin sözlərinə görə, Tarif Şurasına təbii qazın tariflərinin dəyişdirilməsi barədə hansısa müraciət daxil olmayıb.

AzNews.az