81 İŞİD silahlısı saxlanıldı - Türkiyədə
28 Oktyabr 2016 00:05 (UTC+04:00)
Əməliyyat İstanbul şəhərini, Qaziantep, Şanlıurfa, Kırklareli və Ərzurum əyalətini əhatə edib. Məlumata görə, zərərsizləşdirilmiş qrup gəncləri İŞİD sıralarına cəlb etməklə, həmçinin, Suriya və İraqdakı terrorçulara maddi-texniki yardım göstərməklə məşğul olub.
Saxlanılanlardan 21 nəfərin İŞİD-in yerli qruplarının rəhbəri, 60 nəfərin isə əcnəbi olduğu bildirilir. Onların vətəndaşlığı barədə məlumat verilmir.
Saxlanılanlardan silah-sursat və onların terrorçuluq fəaliyyəti ilə məşğul olduğunu təsdiqləyən maddi sübutlar aşkarlanaraq götürülüb.
APA.az