Dima Bilanın Bakı konsertinə pulsuz bilet

5 Dekabr 2012 12:23 (UTC+04:00)
Xəbər verdiyimiz kimi, Rusiyanın məşhur müğənnisi Dima Bilan Yeni il ərəfəsində Bakıda konsert proqramı ilə çıxış edəcək.

Müğənninin konsertinin təşkilatçısı Samir Xattab AzNews.az-a açıqlamasında bildirib ki, Bakıya gəlişilə bağlı D.Bilanla danışıqlar aparılıb, onun razılığı alınıb: "Dima Bilanın konserti olacaq. Bu konsertdə iştirak edən hər kəs biletləri 50% endirimlə əldə edə biləcək. 100 nəfərin bu konsertə pulsuz bilet qazanmaq, 3 nəfərin isə Dima Bilanla görüşmək şansı olacaq".

Fuad Mədətov
AzNews.az