“Karyerada ilk addım” devizi altında məşğulluq yarmarkası keçirildi - Fotolar

28 Oktyabr 2016 18:03 (UTC+04:00)

AzNews.az xəbər verir ki, yarmarkanın təşkil olunması gənclərin, o cümlədən ali təhsil müəssisələrinin yuxarı kurs tələbələri və məzunlarının əmək bazarına inteqrasiyasının dəstəklənməsi və səmərəli məşğulluğunun təmin olunması məqsədini daşıyır.

Tədbirlə bağlı jurnalistlərə açıqlama verən mədəniyyət və turizm nazirinin müavini Nazim Səmədov belə yarmarkaların təşkil olunmasının əmək fəaliyyətinə başlamaq ərəfəsində olan gənclər üçün xüsusi əhəmiyyət kəsb etdiyini vurğulayıb.

Nazim Səmədov eyni zamanda qeyd edib ki, Bakıda regionlarda turizm müəssisələrinin işçiləri üçün mütəmadi olaraq kurslar, treninqlər təşkil olunur. Ölkəmizdə yeni yaradılacaq turizm zonalarında da turizm peşə məktəblərinin yaradılması nəzərdə tutulur.