Qeyri-adi ailə - 2 il əvvəl əri idi, indi arvadı oldu + Fotolar

28 Oktyabr 2016 23:30 (UTC+04:00)

AzNews.az xarici mətbuata istinadən xəbər verir ki, Avstraliyanın Brisban şəhərində yaşayan bir ailəinin qeyri-adi həyatı gündəmə bomba kimi düşüb. 29 yaşlı Susanna Lingin çox xoşbəxt bir ailə həyatı var idi.

Həyat yoldaşı Andrey ilə uşaq sahib olmağı və xoşbəxtliklərini daha da artırmağı planlaşdırırdılar. Lakin həyat yoldaşı Andery qəfildən arvadına qadın olmaq istədiyini deyir: "Mənə nifrət edəcəksən, amma mən qadın olmaq istəyirəm. Hələ uşaqlığımdan həmişə qadın olmaq istəmişəm, ancaq bunu necə edəcəyimi bilmirdim".

Eşitdiyi sözlərdən şok keçirtdiyini bildirən Susanna həyat yoldaşının hər zaman incə ruhlu bir insan olduğunu deyib: "Ancaq onun nə zamansa belə bir fikirə düşə biləcəyini ağlıma gətirmirdim. Səs tonu, bədən quruluşu dəyişəndən sonra yenə əvvəlki insan olacaqdımı deyə çox nigarançılıq keçirirdim" .

Hər zaman uşaq sahibi olmaq istədiklərini, ancaq bacara bilmədiklərini bildirən Susanna dəfələrlə müalicə alsalar da heç bir nəticəsini görmədiklərini deyib.

Andrey indiki adı ilə Andrea qadın olmaq üçün hormon müalicəsinə başladı. Susanna həyat yoldaşını olduğu kimi qəbul etdi və süni mayalanma proseduruna başladı. Cütlüyün hazırda 20 yalıq bir körpəsi var. Susanna duyğularını belə ifadə edib: "Dünyamız dəyişdi. Lucas indi ikimizə də ana deyir. Bir müddət sonra suallar verməyə başlayacaq, onda ona hər şeyi başa salacağıq. Bu çətin günlərdə dostlarımız, ailəmiz bizə dəstək oldu. Ərim indi mənim arvadım oldu. Onu həqiqətən də çox sevirəm"