Tok vuran qızlarını xəstəxanaya aparmaq yerinə - Diri-diri basdırdılar

29 Oktyabr 2016 00:02 (UTC+04:00)


AzNews.az xarici mətbuata istinadən xəbər verir ki, hadisə Hindistanın Uttar Pradeş əyalətində baş verib. 12 yaşlı Muskan Begum adlı qızı 33 voltluq elektrik cərəyanı vuraraq bədənini tamamilə yandırıb. Ancaq qızın ailəsi, qızlarını xəstəxanaya aparmaqdansa, onu diri-diri basdırmağı seçib.

Torpaq yanıqların səbəb olduğu ağrılara xeyir etməyincə, ətrafdakı insanlar qızı xəstəxanaya çatdırıblar. Qızını boğaza qədər torpağa basdıran Fəridə Begum: "Onu torpağa basdırdıq. Ona görə ki, torpağın bədəndəki pislikləri təmizləyəcəyini, qızımın yaxşı olacağını düşndük" deyib.