Bu dəfə tərsinə oldu - insan iti dişlədi

5 Dekabr 2012 13:03 (UTC+04:00)
İngiltərədə baş verən bir hadisə polisləri heyrətləndirib. 23 yaşlı gənc iti ilə gəzməyə çıxdıqdan sonra evinə qayıdıb. Mark Else adlı gənc itini çimizdirmək istəyib. Lakin itin tərslik etməsi sahibini özündən çıxarıb.

Mark əsəbləşərək əvvəlcə itin qulağını dişləyərək qoparıb. Daha sonra iti boğub. Ölmüş iti bir gün evdə saxlayan gənc ertəsi gün polisə gedərək günahını etiraf edib.

Mark Else 18 həftə həbs cəzası alıb.

Tərlan
AzNews.az