Səfir intihar etdi

5 Dekabr 2012 13:50 (UTC+04:00)
Serbiyanın NATO-dakı səfiri Branislav Milinkoviç Brüsseldə intihar edib. AzNews.az-ın məlumatına görə, səfir Brüssel aeroportunda özünü binadan yerə atıb. Hadisə dekabrın 4-də axşam saatlarında baş verib. 8-10 metr hündürlükdən özünü yerə atan 52 yaşlı diplomat yerindəcə keçinib.

Serbiya Xarici İşlər Nazirliyinin adının çəkilməsini istəməyən əməkdaşının bildirdiyinə görə, Milinkoviç serb nümayəndə heyətinin digər üzvləri ilə birlikdə NATO ilə danışıqlar aparmaq üçün nazirin gəlişini gözləyirmişlər. Bu zaman diplomat özünü aşağı atıb.

Qeyd edək ki, Milinkoviç bundan əvvəl Serbiyanın Avstriyada səfiri vəzifəsində çalışıb.

Tərlan
AzNews.az