Al Paçino “Racing“ futbol klubunun üzvü oldu

30 Oktyabr 2016 11:20 (UTC+04:00)

AzNews.az xarici mətbuata istinadən xəbər verir ki, 76 yaşlı akyorun argentinalı sevgilisi Lusilla Solanın istəyi ilə Argentinanın "Racing" klubu onu üzv kimi qəbul edib.
Klub oktyabrın 28-də rəsmi tvitter səhifəsindən bu barədə məlumat yayıb.

Qeyd edək ki, Al Paçino 35 yaşlı Sola ilə 2012-ci ildən görüşür. Onun heç vaxt rəsmi nikahı olmasa da, 3 övladı var.