“Gedin Tehran Əlişanoğlu ilə “vuruşun“” - Vüqar Əhməd əsəbiləşdi

30 Oktyabr 2016 13:14 (UTC+04:00)

AzNews.az xəbər verir ki, Nəğməkar şair Vüqar Əhmədin AMEA-nın tərkibində yaradılan yeni quruma rəhbər təyin olunmasına tanınmış tənqidçi İradə Musayeva fikir bildirib.

"Bax, biz özümüzü buna görə həlak edirdik...Akademiyada nəğmələr bəstələnməsi işinə də baxılacaq....sazlı-sözlü ədəbiyyat institutu.... akademiklərin həsrət, sevgi şeirlərinə nəğmələr bəstələnəcək, elə oradaca-Elmlər akademiyasında.... Əsil intibahi ideya və qərar... Allah mənə güc və iradə versin bu gecədən etibarən bir cümlə belə yazmayım... Axır ki, özfəaliyyət dərnəyi statusunu aldı akademiya... Ha fikirləşdim yeni qurumun nə işlə məşğul olacağını aydınlaşdıra bilmədim..."

Tənqidçinin şəxsi "facebook" səhifəsində yazdığı şərhə Vüqar Əhməd səssiz qalmayıb:

"İradə xanım rəhbərlik məsləhət görüb. Bu ictimai işdir-maaşsız.Vətəndaşlıq borcumdur. Mən "Cənubi Azərbaycan ədəbiyyatı"şöbəsinin baş elmi işçisiyəm. Siz bəyənmədiyiniz Ədəbiyyat İnstitutuna məndən çox gəlirsiniz.Hörmətli İradə xanım özünüzə başqa obyek tapın. Sizə bir xanım,aqressiv tənqidçi, facebook dostum kimi hörmətim var. Sizə farsca yazdığım Şəhriyar haqqında məqaləmi göndərdim rəy verin-susdunuz. Mən sizin qadınlığınıza hörmət edib bunu ictimailəşdirmədim O gün Sizə İnstitutda salam verdim almadınız.Hörmətim artdı ki,xanım utanır yəqin. Tehran Əlişanoğlu ilə "vuruşun". Mənim belə vaxt aparan işlərə vaxtım yoxdur.