Fuad Poladovun baş rolda oynadığı tamaşalar repertuardan çıxarıldı

31 Oktyabr 2016 17:11 (UTC+04:00)

AzNews.az xəbər verir ki, Əli Əmirlinin "Ağa Məhəmməd şah Qacar" pyesi əsasında "Şah Qacar", Şmittin "Müsyö İbrahim və Quran çiçəyi" və İlyas Əfəndiyevin "Sən həmişə mənimləsən və ya boy çiçəyi" pyesi əsasında hazırlanan "Boy çiçəyi" tamaşaları noyabr ayında nümayiş olunmayacaq.

Xatırladaq ki, hər üç tamaşada Xalq artisti Fuad Poladov baş rolda oynayırdı.

Bahar RÜSTƏMLİ
AzNews.az