Bakıda ingilis neftçinin meyiti tapıldı
31 Oktyabr 2016 17:24 (UTC+04:00)
Lent.az xəbər verir ki, hadisə Port Baku Residence-dəki otaqlardan birində baş verib. Paytaxtda fəaliyyət göstərən xarici neft şirkətlərindən birində işləyən Böyük Britaniya vətəndaşı, 1960-cı il təvəllüdlü Con Holsted Friman öz otağında hələlik dəqiqləşməmiş səbəbdən vəfat edib.
Onun üzərində zorakılıq əlaməti aşkarlanmayıb. Faktla bağlı araşdırma aparılır.
AzNews.az