Qətlə yetirilən transseksual azərbaycanlı yox - Dağıstanlı çıxdı

1 Noyabr 2016 10:18 (UTC+04:00)

AzNews.az xarici KİV-lərə istinadən xəbər verir ki, Dağıstanda 25 yaşlı yerli sakin Adam Əliyev vəhşicəsinə öldürülüb. Çontaul kəndində doğulan Adam 2016-cı ilin sentyabrında rəsmi olaraq Raina adıyla qadın olub. O, bir neçə gün öncə Viktor adlı şəxslə ailə qurub.



Hüquq-mühafizə orqanlarından verilən məlumata görə, vətənində seksual oriyentasiyasına görə təhqirlərə məruz qalan Adam məktəbi bitirdikdən sonra Moskvaya gəlib. Burada klublarda çalışan dağıstanlı qənc Viktor adlı şəxslə tanış olub.

25 yaşlı Adam cinsiyyətini dəyişdikdən sonra polisə müraciət edərək onu öldürülmək istədiklərini bildirib.





Çontaul kənd rəhbərinin müavini Abdutaqir İsrapilovun sözlərinə görə, kənddəki hər iki adamdan biri Adamı öldürməyi arzulayıb. Adamın çoxuşaqlı ailədə dünyaya gəldiyini deyən İsrapilov atası Əlimşah Əliyevin ailəni tərk etdiyini, başqa bir qadınla yaşadığını, lakin sonra geri qayıtdığını bildirib.

İsrapilov qeyd edib ki, Adam həmişə dar, diqqət cəlb edən geyimlər geyinib. Bundan əlavə ona qadın səsi və qadın davranış tərzi də xas olub.



Adamın cinsiyyətini dəyişməsinə etiraz edən ailəsi bu əməliyyatdan sonra çətin vəziyyətlə üzləşib. Şok keçirən anası qonşularla ünsiyyətdən imtina edib, atası isə insult keçirib.

Dağıstan hüquq-mühafizə orqanlarında trasgenderin ölümü ilə bağlı heç bir məlumat olmadığı qeyd edilib. Bəzi ehtimallara görə, o, hazırda həyat yoldaşı ilə birlikdə Tailanddadır.

Qeyd edək ki, bəzi KİV-lər transgenderin milliyətcə azərbaycanlı olması barədə məlumat yayıb.



AzNews.az