Ronaldo və sevgilisinə seks şantajı

5 Dekabr 2012 19:45 (UTC+04:00)
Məşhur futbolçu Ronaldo və sevgilisi, model İrina Şeyk şəxsi həyatına dair intim xarakterli videoyazılarla şantaj edilirlər. Lakin bu hədələrin kim tərəfindən edildiyi hələlik məlum deyil.

Rusiya mətbuatının məlumatına görə, cinayətkarlar idmançının boş olan mənzilinə daxil olaraq zinət əşyalarını, paltarlarının bir hissəsini götürüblər. Ronaldo özü bu zaman yarışda olub və baş verənlər barədə məlumatı bir neçə gün sonra agentindən eşidib.

Ancaq futbolçunu daha çox oğruların onun mənzilindən USB daşıyıcılarını aparması narahat edib. Həmin USB daşıyıcılarında çoxlu sayda sənədlər və fotoşəkillər olub.
Oğurlanan faylların arasında sevgililərin intim münasibətlərini əks etdirən kadrların da olduğu bildirlir.

Hadisədən bir neçə gün sonra naməlum şəxslər Ronaldo və İrinaya elektron məktub göndərərək əllərindəki materialı yüksək qiymətə satmağa çalışıblar. Hazırda hər iki ulduzun agenti həmin kadrların mətbuata sızmasının qarşısını almaq üçün naməlum şəxslərlə danışıqları davam etdirir.

Elnarə Əlosmanqızı
AzNews.az