ARB TV xəbər verir ki, hadisə şəhərin General Şıxlinski küçəsi, ev 2 ünvanında qeydə alınıb.
42 yaşlı Zibeydə Hüseynova və 2 övladının yaşadığı qəzalı vəziyyətdə olan evin bir otağı yağan yağış səbəbindən uçaraq tamamilə yararsız hala düşüb. Hadisə baş verən zaman ev sahibi və uşaqlar həyətdə olduğundan xəsarət alan olmayıb.