Qadın X5-i aşırdı - Video
2 Noyabr 2016 16:14 (UTC+04:00)
AzNews.az criminal.az-a istinadən xəbər verir ki, bu gün saat 11 radələrində Sanqaçal qəsəbəsi ərazisində xanım sürücünün idarə etdiyi Rusiya Federasiyasının dövlət nömrə nişanlı "BMW X5" markalı avtomobil yoldan çıxaraq aşıb.
Yol kənarındakı qamışlığa düşən avtomobil çevrilib.
Sürücü hadisə şahidlərinin köməkliyi ilə avtomobildən çıxarılıb.
Qəzanın səbəbi məlum deyil.
AzNews.az