Ledi Qaqa Maykl Ceksonun əşyalarını 5 milyona aldı

5 Dekabr 2012 21:42 (UTC+04:00)
Amerikalı müğənni Ledi Qaqa auksionda Maykl Ceksona məxsus 55 lota sahib olub. Londonun "Sun" nəşrinin məlumatına görə, ümumilikdə ulduzun bazarlığı 5 milyon dollara başa gəlib. Müğənni alınan əşyaları sadalamaqdan imtina edib.

Nəşr isə bildirir ki, Ledi Qaqa Ceksonun qastrollar zamanı və "Bad" albomu üzərində işləyərkən geydiyi qızıl sapla işlənmiş dəri gödəkcəsinə 240 min dollar verib. Ceksonun əlcəkləri isə Qaqaya 200 min dollara başa gəlib.

İnci
AzNews.az