Ən güclü işıq saçan fənər -Video
4 Noyabr 2016 19:28 (UTC+04:00)
AzNews.az xəbər verir ki, təxminən 21 santimetr boyundakı FlashTorch Mini, əslində, ölçü baxımından o qədər də kiçik deyil. Ancaq digər modeli olan "FlashTorch"a görə yüzdə 40 faiz daha az yer tutur. 2.300 lumens gücündəki əl fənəri, böyük bir salonda istifadə olunan projektorlarla, demək olar ki,eyni dəyərə sahibdir. Parlaqlıq səviyyəsi tənzimlənə bilən FlashTorch Mini`nin ən yüksək parlaqlıqda işlədəndə batareya davamlılığı 30 dəqiqəyə qədər qala bilir. Parlaqlığı aşağı saldıqda isə istifadə müddəti 100 dəqiqəyə qədər qalxa bilir. Ən son parlaqlıqda kağız kimi asanca yanabilən obyektləri də yandıra bilərsiz. Eyni zamanda, fənərin üzərinə yerləşdirilən bir tavada yumurta bişirmək belə mümkün olur. "FlashTorch Mini" adlı əl fənərinə 200 dollar ödəyərək sahib ola bilərsiz.