İsrail bu dəfə məscidi dağıtdı

6 Dekabr 2012 09:11 (UTC+04:00)
Fələstinin Əl-Xəlil qəsəbəsinin Mafkara kəndinə girən İsrail əsgərləri özləri ilə gətirdikləri ağır texnika vasitəsilə kənd məscidini dağıdıblar.

AzNews.az-ın məlumatına görə, İsrail əsgərləri məscidin dağıdılması ilə bağlı heç bir rəsmi sənəd göstərməyib, hətta sakinlərə içəridəki Qurani-Kərimləri götürməyə də icazə verməyiblər.

Qeyd edək ki, həmin məscid ötən il də İsrail hərbçiləri tərəfindən dağıdılmışdı. Lakin yerli əhali və bəzi humanitar təşkilatların yardımı ilə bu ilin iyununda yenidən inşa edilərək, istifadəyə verilmişdi.

Tərlan
AzNews.az