BDU-nun tələbəsi qəfil öldü

6 Dekabr 2012 10:08 (UTC+04:00)
Son vaxtlar gənclər arasında qəfil ölüm hadisələrinin sayı kəskin artıb. Lent.az-ın məlumatına görə, belə hadisələrdən biri dekabrın 5-də Bakı şəhərinin Nizami rayonu ərazisində qeydə alınıb. 1993-cü ildə Yevlax rayonunda anadan olmuş və Bakıda yaşayan Qasımova Nargin Kərim qızı qəfil ölüb.

Məlumata görə, qəfil dünyasını dəyişmiş qız Bakı Dövlət Universitetinin 3-cü kurs tələbəsi olub. Onun ölüm səbəbi hələlik məlum deyil. Ölüm faktı ilə əlaqədar ekspertiza təyin edilib.

AzNews.az