FTB Hillari Klintona qarşı cinayət işi açmayacaq

7 Noyabr 2016 10:01 (UTC+04:00)

AzNews.az Ewronews kanalına istinadən xəbər verir ki, ABŞ-ın Federal Təhqiqatlar Bürosu (FTB) sabah keçiriləcək prezident seçkilərinə Demokratlar partiyasından namizəd Hillari Klintona qarşı heç bir iddia qaldırmayacaq. FTB-nin direktoru Ceyms Komi belə bir bəyanatın yer aldığı məktubu Konqressə göndərib.

Məktubda FTB əməkdaşlarının xanım Klintonun elektron yazışmaları üzərində günlərlə araşdırma apardıqları, amma cinayət işinin açılması ilə bağlı heç bir əsasın olmadığı yazılıb.

Xatırladaq ki, Wikileaks saytı keçmiş dövlət katibi Hillari Klintonun elektron yazışmalarını üzə çıxardıqdan sonra Amerika Federal Təhqiqatlar Bürosu bu məktubları araşdırmağa başlamışdı.