“Şeron”a ağır itki

7 Noyabr 2016 10:33 (UTC+04:00)

AzNews.az xəbər verir ki, qrupun əməkdaşlarından olan müğənni Azər Qafarov dünyasını dəyişib.

"Şeron" qrupunun əməkdaşı Ülvü Cəfərov məlumatı təsdiqləyib: "Dəhşətdir, gecə yatıb, səhər ayılmayıb. Çox istedadlı insan idi".

Qeyd edək ki, A.Qafarov ailəlidir, iki övladı var.

Bahar RÜSTƏMLİ
AzNews.az