Can Dündar Almaniya prezidenti və xanımı ilə görüşdü - Foto

7 Noyabr 2016 20:51 (UTC+04:00)

"Qafqazinfo"nun "Hurriyet"ə istinadən verdiyi məlumata görə, görüşdə prezidentin xanımı Dabiela Şadt və "Sərhədsiz jurnalistlər" təşkilatından bir təmsilçi qatılıb.

Can Dündar Qauka "Həbs olunduq" adlı kitabının alman-dilində çap olunmuş versiyasını hədiyyə edib.

O, saray dəftərinə bu cümləni yazıb: "Türkiyədəki həbsxanalarda olan bütün jurnalist və yazarlar üçün həmrəylik tələb edirəm. Bu Azadlıq Sarayında olmaq mənim üçün böyük bir şərəf və imtiyazdır".

Xatırladaq ki, Almaniyada olan Can Dündar barədə həbs-qətimkan tədbiri seçilib. İstanbul prokurorluğu qəzet rəhbərliyinin PKK və FETÖ terror qruplaşmasına üzv olmadan cinayət törətdiklərinə dair ittiham irəli sürüb.

AzNews.az