Dünyanın ən qeyri-adi binaları - Foto
7 Noyabr 2016 23:07 (UTC+04:00)
Capital Gate, Abu-Dabi
Dünyanın ən hündür binalarından biri Capital Gate Rekordlar kitabına "ən hündür maili bina" olaraq daxil olunub. Əyilmə bucağı 18 dərəcədir. Bu, Piza qülləsinin əyilmə bucağında 4 dəfə çoxdur.
Toxum anbarı, Norveç
Bu bina qlobal təbiət hadisəsi zamanı müxtəlif növ toxumları saxlamaq üçün inşa edilib.
Əyilmiş bina, Böyük Britaniya, Staffordşiryerin
Bu barda piştaxtanın bir tərəfi digər tərəfindən 4 fut aşağıdır. Buna isə yerin tərpənməsi səbəb olub.
Pianoni ev, Çin, Anxoy
Ad özü danışır.
Parlament binası, Rumınya, Buxarest
İşveçrə, Malmö
Sanyaqo Kalatravanın layihəsi olan bu bina İşveçrənin ən hündür yaşayış binasıdır.
Mumbai, Antilla
Dünyanın ilk milyard dollarlıq evi Hindistan biznesmeni Mukeşu Ambaniyə aiddir.
Kunsthaus, Qrats, Avstriya
Kunsthaus müasir incəsənət muzeyi öz görünüşü ilə ətrafdakı binalardan seçilir.
"Dəlixana" mehmanxanası, Vyetnam, Dalat
Bu mehmanxananı Qaudinin və Dalinin işləri ilə müqayisə edirlər.
Tsermatt, İsveçrə
Bu bina elmi-texniki tərəqqinin son nailiyyətlərini əks etdirmək üçün inşa edilib. Belə ki, binanın 90 faizi özünü enerji ilə təmin edə bilir.
Lotos məbədi, Hindistan, Dehli
Məbəd bahai davamçıları üçün 1986-cı ildə inşa edilib. Tikili dünyanın 7 əsas bahai məbədlərindən biridir.
Dizayn və incəsənət kolleci, Kanada, Ontario
Kollec yerdən 25 m yüksəklikdə tikilib. Bina Torontonun ən mühüm və əhəmiyyətli memarlıq mükafatı Award of Excellence layiq görülüb.
Palais Ideal du Facteur, Fransa
Bu binanın layihəsi poçtalyon Ferdinand Şaval tərəfindən hazırlanıb. O, bundan çox məşhurlaşıb. Onun işini Pablo Pikasso və Anais Nin kimi incəsənət və ədəbiyyat adamları bəyənib.
Əyri ev, Polşa, Sopot
Bu adi ofis binasıdır.
"Ryugyong" oteli, Pxenyan, Şimali Koreya
Bu oteli 25 il ərzində tikib başa çatdıra bilməyiblər.
Kitabxana, ABŞ, Kanzas-Siti
İnteryer üçün istifadə edilmiş 22 kitab şəhərin sakinlərinə aiddir.
"Longaberger" qərargahı, ABŞ, Nyuark
Səbət və başqa aksessuarlar satan firmadır. "Səbət"in qulpları qışda isinərək, binanın damının qarla örtülməsinin qarşısını alır.
Vinçesterlərin Evi, ABŞ, Kaliforniya
Evin sahibi Sara Vinçester evdə ruhların olduğunu düşünərək evi labirintə çevirib. Düşünüb ki, belə olan halda qəzəbli ruhlar yol tapıb evdən çıxa bilməyəcəklər.
Kuqekmuqel, Vena, Avstriya
Tezliklə: "Sonsuzluq" qülləsi, Cənubi Koreya, İnçxon
Tikintiyə gələn il başlanacaq.
AzNews.az