Məşvərət Məclisi 10 dekabr aksiyasına qatılmayacaq

6 Dekabr 2012 12:07 (UTC+04:00)


"Demokratik Qüvvələrin Məşvərət Məclisi İctimai Palatanın dekabrın 10-da paytaxtda keçirəcəyi aksiyaya qatılmayacaq". Bunu APA-ya açıqlamasında Demokratik Qüvvələrin Məşvərət Məclisinin (DQMM) İdarə Heyətinin üzvü, AMİP sədri Yusif Bağırzadə deyib.

O bildirib ki, İctimai Palatada və DQMM-da təmsil olunan partiyalar arasında yaxınlaşma prosesi başlayıb: "Düşünürük ki, tədbirlərin və aksiyaların birgə keçirilməsi haqqında qərar verək. Ancaq hazırkı mərhələdə İctimai Palatanın dekabrın 10-da keçiriləcək aksiyasında iştirakla bağlı Məşvərət Məclisində hər hansı müzakirə aparılmayıb".

Y. Bağırzadə əlavə edib ki, DQMM-də qərarlar kollegial şəkildə həftədə bir dəfə, ikinci günlər keçirilən sessiyalarda verilir. Növbəti sessiya dekabrın 11-də keçiriləcək. Bu baxımdan həmin aksiya ilə bağlı qurumun mövqeyinin müəyyənləşdirilməsi məsələsinə aydınlıq gətirilməsi texniki cəhətdən mümkün olmayacaq.

AzNews.az