Gəncə Dövlət Filarmoniyasının tikintisinə 5 milyon manat ayrılıb
10 Noyabr 2016 18:42 (UTC+04:00)
AzNews.az-ın xəbərinə görə, Gəncə Dövlət Filarmoniyasının tikintisinin davam etdirilməsi məqsədi ilə Prezidentin ehtiyat fondundan Gəncə Şəhər İcra Hakimiyyətinə 5 milyon manat ayrılıb. Azərbaycan Respublikasının Maliyyə Nazirliyinə müvafiq məbləğdə maliyyələşməni təmin etmək tapşırılıb.