İkinci əl mebel aldı - içindən sərvət çıxdı - Foto

10 Noyabr 2016 20:47 (UTC+04:00)

AzNews.az -ın xarici mətbuata istinadən verdiyi məlumata görə, "İkinci əl bazarı"ndan ("Second hand") əşyalar almağı alışqanlıq halına gətirən ABŞ sakini Emil Knodellin 100 dollara aldığı şkafın alt siyirməsindən sərvət çıxıb. 67 yaşlı kişinin aldığı 127 illik şkaf onu milyonçu edib. Alt siyirmənin gizli hissəsindən ləl-cəvahirat, almazlar, antik pul qəpikləri tapıb.

Emil Knodell sərvətini mənimsəməyib və insanlığa layiq iş görüb. Belə ki o, qarşılaşdığı qızıl dolu sandığı şkafı satın aldığı satıcıya təhvil verib. Sonradan məlum olub ki, gizli sərvət satıcının babasına məxsus olub.