Mahnı Teatrının arxasındakı bina sökülür - Eksklüziv

6 Dekabr 2012 14:52 (UTC+04:00)


Rəşid Behbudov adına Mahnı Teatrının yaxınlığında, R.Behbudov 18 ünvanındakı 3 mərtəbəli bina sökülür. Sakinlərə binanı tərk etmək üçün dekabrın sonuna qədər müddət verilib. Bu barədə məlumatı AzNews.az-a bina sakinləri verib.

Sakinlərin sözlərinə görə, binada 12 mənzildə 20-yə yaxın ailə yaşayır. Binanın sökülməsi isə yaxınlıqdakı məktəbdə aparılan tikinti və yenidənqurma işləri ilə əlaqələndirilir.

Bina sakinlərinə mənzilin hər kv.m-i üçün 1500 manat təklif edilsə də, sakinlər hələlik bu məbləğlə razılaşmırlar.

Elnarə Əlosmanqızı
AzNews.az