32 yaşlı kişi bıçaqlandı

11 Noyabr 2016 00:10 (UTC+04:00)

"Report"un Qərb bürosunun məlumatına görə, 1984-cü il təvəllüdlü kənd sakini Məmmədov Vüsal Eldar oğlu qarın nahiyəsindən bıçaqlanıb.
Yaralı öz yaxınlarının köməkliyi ilə Gəncə şəhər Təcili Tibbi Yardım Xəstəxanasına yerləşdirilib. Həkimlər tərəfindən əməliyyat olunan yaralının vəziyyəti orta-ağırdır. Onun kim tərəfindən və hansı səbəbdən bıçaqlandığı məlum deyil.
Faktla bağlı Göygöl rayon Polis şöbəsində araşdırma aparılır.

AzNews.az