Milli Dram Teatrından yeni layihə

6 Dekabr 2012 19:12 (UTC+04:00)
Akademik Milli Dram Teatrı beynəlxalq əlaqələrini gücləndirmək məqsədi ilə bir sıra yeni layihələrə imza atıb. Gənc kadrların peşəkarlıq səviyyəsinin yüksəldilməsi, dünya teatrları ilə səmərəli yaradıcılıq mübadiləsinin təşkili məqsədi ilə İlham Əsgərov, Rafael Həsənov, Həmid Kazımzadə və Samirə Həsənova dekabrın 6-20-si arasında Rusiyanın paytaxtı Moskva şəhərinə ezam olunacaq.

Akademik Milli Dram Teatrını təmsil edən qrup ezamiyyət müddətində "Bolşoy Teatr"da və Y.Vaxtanqov adına Dövlət Akademik Teatrında texnologiyalardan istifadə üsulları ilə tanış olacaq, eyni zamanda öz təcrübələrini bölüşəcəklər.

Bahar Rüstəmli
AzNews.az