Tapılan meyitin kimliyi bilindi
11 Noyabr 2016 22:15 (UTC+04:00)
Virtualaz.org-un məlumatına görə, meyiti tapılan 1983-cü ildə anadan olmuş Neftçala rayonu, Aşağı Kürkənd sakini Cəfərov Zaur Vladimir oğludur.
Xatırladaq ki, ötən gün saat 21 radələrində Ələt-Astara avtomobil yolunun 17-ci km-də Salyan rayonunun Kürsəngi kəndindən keçən hissəsində yolun kənarından kişi meyiti tapılmışdı. Meyitin üzərindəki xəsarət izləri onun yol-nəqliyyat hadisəsi nəticəsində dünyasını dəyişdiyi ehtimalı yaratmışdı.
AzNews.az