Sultan Süleyman Ərdoğanın cavabını verdi - VİDEO

6 Dekabr 2012 15:49 (UTC+04:00)
Türkiyədə yayımlanan "Möhtəşəm Yüzil" serialının rəhbərliyi bir müddət əvvəl serialı tənqid edən baş nazir Rəcəb Tayyib Ərdoğana cavab verib.

Serial rəhbərliyi epizodların birində 1 cümlə ilə baş nazirin tənqidlərinə cavab verib.

Cavab isə Sultan Süleyman Qanuninin oğlu şahzadə Mehmetə verdiyi nəsihət olub: "İqtidarın gücü və gurultusu ətrafındakı hər şeyin, xüsusilə vicdanın səsini boğar". Türk mətbuatı bu cümləni Ərdoğana verilən cavab kimi qiymətləndirib.




Tərlan
AzNews.az