Balidə qəribə məxluq tapıldı - Video
13 Noyabr 2016 16:17 (UTC+04:00)
Onun uzun bədəni boyunca bir-birinə diaqonal yerləşən 10 "ayağı" var.
Publika.az Day.az-a istinadən bildirir ki, bu qədər ayağı olmasına rəğmən, varlıq şəffaf yastı çıxıntının köməyilə hərəkət edir.
Bu varlıq yarımşəffaf şarabənzər başını şişirdə bilir. Başın kənarlarında iki çıxıntı var, güman ki, orada onun gözləri yerləşir. Ağzı başının alt hissəsindədir, iti dişləri var.
Əcaib canlı yosunlar, xırda orqanizmlərlə qidalanır. Hətta ona hücum edən daha iri yırtıcıları da uda bilir.
AzNews.az