Fərda Xudaverdiyev şəxsi həyatından danışdı

13 Noyabr 2016 21:55 (UTC+04:00)

Axşam.az-ın məlumatına görə, "ATV maqazin onlarla" verilişə danışan Fərda həyat yoldaşının onu qısqanmadığını vurğulayıb.

"Həyat yoldaşım bilir ki, mən aktyoram. Hər cürə səhnələrdə çəkilə bilərəm. Belə açıq-saçıq işi olan adam onu efirdə eləmir. Efirdən kənar o qədər yerlər var ki, elə addımlar atmağa. Mən səhnədə rol oynayıramsa, guya, bilmirəm ki, onu evdəkilər izləyəcək?! 7 ildir xırda söz-söhbətlər olsa da, böyük mübahisələrimiz yaranmayıb", - deyə Fərda bildirib.

Ailəsindən danışan F.Xudaverdiyev iki oğlunun olduğunu və balaca oğlu Mətinin onun davamçısı ola biləcəyini qeyd edib.

AzNews.az