Məşhur serial mükafatdan imtina etdi
14 Noyabr 2016 10:10 (UTC+04:00)
AzNews.az Türkiyə KİV-nə istinadən xəbər verir ki, mükafatı almaq üçün səhnəyə dəvət edilən serialın heyətinə danışmaq üçün söz verilməyib.
Bu barədə ekran işinin prodüseri və ssenaristi Mehmet Bozdağ məlumat verib:
"Mükafatlandırma mərasimində izləyənlərimizi salamlamaq və onlara təşəkkür etmək üçün bizə imkan verilmədi. Bunu haqsızlıq qəbul edirik. Bu bizə və izləyicilərimizə qarşı nəzakətsizlikdir. Buna görə də mükafatı geri qaytardıq".