Lüt soyunub bələdiyyə binasına hücum etdilər - VİDEO

6 Dekabr 2012 20:26 (UTC+04:00)
ABŞ-ın San-Fransisko şəhərində bir qrup çılpaq insan küçələrdə çılpaq gəzməyi qadağan etmək üçün toplaşan Bələdiyyə Məclisinin binasına girib.
Çılpaq gəzməyin qadağan olunmasına etiraz edən aksiya iştirakçıları Bələdiyyə Məclisinin binasında qadağan qərarının qəbul olunmasından sonra corablarına qədər soyunaraq aksiya keçiriblər.

Çılpaq aksiyaçılar hadisə yerinə gələn polislər tərəfindən binadan uzaqlaşdırılıb.

Qeyd edək ki, San-Fransisko Məclisi dünən keçirdiyi səsvermədə küçələrdə, meydanlarda və ictimaiyyətə açıq digər yerlərdə çılpaq gəzməyi qadağan edən qanun qəbul edib. Bu qərar yalnız bayram və festivallara şamil olunmayıb.

Özlərini "Nudistlər" adlandıran qrup çılpaqlığın insan haqqı olduğunu iddia edərək, buna etiraz ediblər.




Tərlan
AzNews.az