Avropa qara təslim oldu

6 Dekabr 2012 21:41 (UTC+04:00)
Normadan artiq yağan qar Avropanin bir sıra şəhərlərini cənginə alib. Isveçin paytaxtı Stokholmda artıq bir neçə gündür dayanmadan yağan qar şəhərin bəzi küçələrində hərəkəti məhdudlaşdırıb.

Şəhər Administrasiyasından verilən məlumata görə, yolların təmizlənməsinə 150-dən çox texnika cəlb olunub. Lakin bütün bunlara baxmayaraq yalnız şəhərin mərkəzi küçələrində hərəkətin tam tənzimlənməsi mümkündür.

Bəzi küçələrin ensiz olmasi texnikanin işləməsində çətinlik yaradır.Yaranmış vəziyyətin aradan qaldırılması üçün ən azı 1 həftə vaxt lazım olacaq, şəhər rəhbərliyi bildirir.

İnci
AzNews.az