46 ildir bığına qayçı dəymir - Foto
14 Noyabr 2016 22:23 (UTC+04:00)
AzNews.az Türkiyə mətbuatına istinadən bildirir ki, 1970-ci ildə gənclərin saçlarını uzatmasına əsəbiləşərək bığlarını uzatmağa qərara alan Çelik o gündən etibarən bığını kəsməyib.
Bu qeyri-adi bığa görə illərdir "Pala" ləqəbi ilə çağırılan Necati qəribə görünüşünə belə haqq qazandırır. Bildirir ki, Allah qoça buynuz, kişiyə də bığ verib.
Necati Çeliyin 46 ildir kəsmədiyi bığının uzunluğu 2.45 metrə çatır. Bığlarını şarf kimi boynuna dolayan türkiyəli onunla fəxr edir. Onun fikrincə, bığ kişilərin sahib olduğu ən dəyərli şeydir.