Ulyukayev götürdüyü rüşvətin 80-100 misli cərimə ödəməlidir
15 Noyabr 2016 14:50 (UTC+04:00)
AzNews.az yerli KİV-ə istinadən xəbər verir ki, onun barəsində hədə-qorxu ilə pul tələb etmək və külli miqdarda rüşvət almaqda maddəsilə cinayət işi açılıb. Sözügedən maddə ilə Ulyukayevi 2 ehtimal gözləyir. Ya o, götürdüyü rüşvətin 80-100 misli cərimə ödəməli və müəyyən vəzifələri tutmaq hüququndan məhrum edilməlidir . Ya da 8 ildən 15 ilədək azadlıqdan məhrum edilməli və rüşvətin 70 misli cərimə ödəməlidir.
Aleksey Ulyukayev noyabrın 14-də 2 milyon dollar məbləğində "Rosneft"dən rüşvət alarkən cinayət başında yaxalnıb.
Aydan AXUNDOVA